Yolu azdı, bir ay meşədə yaşadı

DÜNYA
23:31 / 11.09.2024
149

ABŞ-da milli parkda itən kişi bir ay sonra xilasedicilər tərəfindən tapılıb. 

HİT.az xəbər verir ki, bu barədə “Cascadia Daily News” portalı məlumat yayıb.

39 yaşlı Robert Şok iyulun 31-də Freddi adlı iti ilə gəzintiyə çıxıb, kişi Vaşinqton ştatındakı Nort Kaskades Milli Parkının meşələrinin bir hissəsini gəzməyi planlaşdırırmış. Bir neçə gün sonra meşə işçisi adamın itini cığırda tapıb, lakin sahibi yaxınlıqda olmayıb.

Könüllülər və xilasedicilər itkin amerikalının axtarışına başlayıb, itin tapıldığı əraziyə üç dəfə baxış keçiriblər. Bir ay sonra tarlada işləyən könüllülər kömək üçün fəryadlar eşidiblər. Onun yeri müəyyən edib və xilas olunub.

Robertin sözlərinə görə, o, çayı keçdikdən sonra cığırı itirib və azıb. Amerikalı başına gələn bədbəxtliklərdən ətraflı danışa bilməyib, yaxınları onun tədricən gücünü toplayacağına və özünə gələ biləcəyinə ümid edir.

Samir

0