Yeni "Toyota Corolla"nın əsas xüsusiyyətləri nələrdir?

DÜNYA
11:54 / 12.09.2024
164

Bu gün Yaponiyanın nəhəng avtomobil istehsalçısı "Toyota"nın "Corolla" modelini incələyəcəyik.

Hit.az bildirir ki, sözügedən modelin müxtəlif illərdə istehsal olunan versiyaları dünya miqyasında 58 milyondan çox satılıb. 

Standart model 132, hibrid versiya isə 122 at gücündədir. Yenilənən "Corolla"nın həm benzinlə çalışan, həm də hibrid versiyaları satışa çıxarılıb. Model 1,5 litrlik mühərrikə sahibdir. 

Standart "Corolla" 0-dan 100 kilometrə sürətlə 10,5 saniyədə çatır. Hibrid versiyada isə bu göstərici 10,3 saniyədir. Yəni benzinli və hibrid versiya arasında sadəcə 0,2 saniyəlik bir fərq var. 

Bundan başqa, standart versiya saatda maksimum 195 kilometr/saat, hibrid isə 180 kilometr/saat məsafə qət edə bilir. Standart versiya 100 kilometr üçün 5,8 litr, hibrid versiya isə eyni məsafə üçün 4,5 litr benzin sərf edir. 

Qeyd edək ki, "Vision Plus" versiyasından başlayaraq, "Toyota" bu modelində "Touch 9" düymlük multimedia sistemi, simsiz "Apple CarPlay" və "Android Auto" qoşulmaları kimi xüsusiyyətlər təklif edir. 

Pərviz

0