Litvanın daxili işlər naziri Aqne Bilotaite bildirib ki, vətəndaşlar başqa ölkənin ordusunda xidmət etmək üçün hakimiyyət orqanlarından icazə almalıdırlar.
HİT.az xəbər verir ki, o, litvalı Kestutis Kvetkusun Rusiya tərəfindəki döyüşlərdə iştirak etməsi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirərək prosedurdan danışıb.
“Bütün qanunvericilik aktlarına görə, insan başqa ölkənin ordusunda yalnız icazə aldıqda döyüşə bilər. Bizdə belə prosedurlar var" deyə xanım Bilotaite "Ziniu" radiosuna bildirib.
Nazirin sözlərinə görə, yoxlamadan sonra Kvetkus, hətta onun yeganə vətəndaşlığı olsa belə, Litva vətəndaşlığından məhrum ediləcək.
Rusiya Müdafiə Nazirliyi mart ayında bildirib ki, münaqişədə iştirak edən 174 litvalıdan 81-i Ukrayna tərəfində gedən döyüşlərdə həlak olub.
Samir