Hindistan Kənd Təsərrüfatı və Texnologiya Universitetinin alimləri keçi südünün laktoza dözümsüzlüyü olan insanlar üçün inək südündən daha sağlam olduğunu müəyyən ediblər. Bu məhsul yaxşı sorulur və mədə-bağırsaq traktının işini yaxşılaşdırır.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri Afrika Biologiya Elmləri Jurnalında (AJBS) dərc edilib.
Tədqiqat müəlliflərinin fikrincə, keçi südü və ondan hazırlanan məhsulların əsas üstünlüklərindən biri onların həzm orqanlarına faydalı təsiridir. Südün tərkibində faydalı bakteriyalar, asanlıqla həzm olunan yağlar və zülallar var ki, bu da bağırsağın işini normallaşdırmağa kömək edir.
Mütəxəssislər keçi südünün laktoza dözümsüzlüyü olan insanlar üçün faydalı ola biləcəyini qeyd ediblər. Bəzi insanlar üçün çətin həzm olunan bu süd şəkərinin keçi südündə konsentrasiyası azalır. Bu xüsusiyyət qarın ağrısının qarşısını almağa kömək edir, həmçinin şişkinlik və meteorizmdən xilas olur.
Tədqiqat həmçinin keçi südü qıcıqlanmış bağırsaq və iltihablı bağırsaq xəstəliklərinin simptomlarını aradan qaldıra, həmçinin dəri və sümük sağlamlığını yaxşılaşdıra və qan şəkərinin səviyyəsini sabitləşdirə bilər.
Samir