2 milyard dollarlıq aktivlərinə həbs, koronavirusa yoluxma... - Oliqarxın acınacaqlı aqibəti

DÜNYA
14:23 / 28.05.2020
1844

Hazırda həbsdə olan və Moskvadakı məşhur “Lefortovo” təcridxanasında saxlanılan, orada koronavirusa yoluxan dağıstanlı milyarder-oliqarx Ziya Maqomedovun 2 milyard dollarlıq aktivlərinə həbs qoyulub.

Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, dövlət kontraktları zamanı mənimsəmələrdə və mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda ittiham olunan Z.Maqomedovun vəkili Viktoriya Silyurik bu haqda bildirib.

“Hazırda həbs qoyulan əmlakın, aktivlərin, bank hesablarının və üçüncü şəxslərə aid olan aktivlərin ümumi dəyəri 100 milyard rublu keçir, bu da Ziya Maqomedova qarşı irəli sürülən mənimsəmə ittihamlarında göstərilən rəqəmlərdən on dəfələrlə çoxdur. Hansı ki, o və iş üzrə adı keçənlərdən heç biri özlərini heç bir ittiham üzrə təqsirli bilmirlər”,-vəkil bildirib.

Bildirilir ki, müstəntiqlər hazırda Maqomedov qardaşlarının xarici banklardakı aktivlərini də axtarırlar. “Praktiki olaraq hər şeyə həbs qoyulub: şəxsi əmlakına, şirkətlərinin aktivlərinə, keçmiş arvadlarının əmlakına, habelə Moskvadakı evinə və mənzilinə”,-Viktoriya Silyurik deyib.

Ziya və Maqomed Maqomedov qardaşları 2018-ci ildə həbs edilib.

0