Britaniya kəşfiyyatından İranın Rusiyaya verdiyi raketlərlə bağlı açıqlama

DÜNYA
19:15 / 13.09.2024
228

İranın bu yaxınlarda Rusiyaya “Fəth-360” qısa mənzilli ballistik raketlərini təhvil verməsi Rusiyanın cəbhə xəttinə yaxın Ukrayna infrastrukturuna yüksək dəqiqliklə zərbələr endirmək qabiliyyətini artıracaq.

HİT.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi X sosial şəbəkəsində məlumat yayıb.

Agentlik qeyd edib ki, İranın “Fəth-360” (BM-120 kimi də tanınır) raketi ilk dəfə 2020-ci ildə ictimaiyyətə nümayiş etdirilib. O, 150 kiloqramlıq döyüş başlığını 30 metrdən az dəqiqliklə 120 km məsafəyə daşıya bilir. Raket müxtəlif mobil buraxılış qurğularında yerləşdirilə bilər, o cümlədən altı raket atmağa qadirdir.

Kəşfiyyat məlumatlarında qeyd olunur ki, bu gün İranın Rusiyanın Ukraynadakı hərbi kampaniyasına hərbi yardımı yüzlərlə kamikadze pilotsuz uçan aparat, artilleriya sursatının tədarükü və Rusiya Federasiyasının özündə kamikadze pilotsuz təyyarələrin istehsalına geniş dəstək daxildir.

“Ballistik raketlərin tədarükü İran və Rusiya arasında hərbi əlaqələrin daha da dərinləşməsindən xəbər verir. Raketlərin çatdırılması Rusiyanın cəbhə xəttinə yaxın Ukrayna hərbi və ya mülki infrastrukturuna yüksək dəqiqlikli zərbələr endirmək qabiliyyətini tamamlayacaq və gücləndirəcək, eyni zamanda Rusiyaya Ukraynanın dərinliklərində yerləşən hədəflərə qarşı istifadə etmək üçün daha uzun mənzilli raket qabiliyyətinin böyük hissəsini saxlamağa imkan verəcək", deyə hesabatda qeyd edilir.

“The Wall Street Journal” Amerika və Avropa rəsmiləri arasında olan mənbələrə istinadən İranın Rusiya Federasiyasına öz yaxın mənzilli ballistik raketlərini göndərdiyini bildirib. ASentyabrın 10-da ABŞ İranın Rusiyaya ballistik raketlər ötürməsi ilə bağlı məlumatı rəsmən təsdiqləyib.

Samir


 

0