Ekspert Trampın yeni sui-qəsd cəhdindən sonra qalib gəlmək şansını dəyərləndirdi

DÜNYA
21:51 / 16.09.2024
159

Beynəlxalq jurnalist və politoloq Timur Şafir ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Trampın həyatına növbəti cəhdi şərh edib.

HİT.az xəbər verir ki, politoloq bu barədə Tsargrad.tv-yə müsahibəsində damışıb.

Şafir qeyd edib ki, Trampın "Axilles dabanı" var. Siyasətçinin ətrafında peşəkarlar azdır. Ekspertin fikrincə, respublikaçının bütün seçki kampaniyası onun çox milyardlıq imperiyanın sahibi kimi inkişaf etdirdiyi xarizmasına və bacarıqlarına əsaslanır.

"Əgər onlar bir daha o yana fırlansalar və birdən bu vəziyyətdən (sui-qəsd cəhdi) istifadə etmək qərarına gəlsələr, bu, qəhrəmanın tək qəhrəman, tək lider olduğunu bir daha təsdiq edəcək. O, nə qədər xarizmatik və parlaq olsa da, amerikalılar üçün düzgün olan prinsipləri bəyan etsə də, onun sistemlə qarşıdurmada qalib gəlmək şansı daha azdır", deuə politoloq qeyd edib.

Trampa sui-qəsd cəhdində şübhəli bilinən Havaydan olan 58 yaşlı Ryan Uesli Rout bazar günü, sentyabrın 15-də saxlanılıb. KİV-in məlumatına görə, o, siyasətçinin Florida ştatının West Palm Beach şəhərindəki “Trump International Golf Club” adlı qolf klubu yaxınlığında atəş açıb. Prezidentliyə namizəd meydanda oynayan zaman həmin şəxs tüfəngi kluba doğru tutub.

Trampın həyatına ilk cəhd iyul ayında baş verib. Həmin vaxt Pensilvaniyada keçirilən mitinqdə Tramp qulağından güllə yarası alıb.

Samir
 

0