Böyük Britaniya ABŞ-ın icazəsi olmadan Ukraynaya Britaniya istehsalı olan “Storm Shadow” raketlərini Rusiya ərazisinin dərinliklərinə endirməsinə icazə verməyəcək.
HİT.az xəbər verir ki, bu barədə “The Times” yazıb.
Nəşr qeyd edir ki, Britaniya təkbaşına bu qərara getməyəcək, çünki ABŞ-ın rəhbərlik sistemləri raketlərin öz hədəflərini vurmasını təmin etmək üçün kritik hesab olunur.
Nəşrin yazdığına görə, Britaniya hökuməti hesab edir ki, Birləşmiş Ştatlar çox güman Ukrayna Silahlı Qüvvələrinə (AFU) BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən tədbirləri zamanı Qərbin uzaqmənzilli silahlarından Rusiya Federasiyasına dərin zərbələr endirməyə icazə verəcək. Prezident Co Baydenin administrasiyasında bu məsələdə fikir ayrılığı var.
Sentyabrın 15-də Ağ Evin müşaviri Ceyk Sallivan deyib ki, Bayden Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Qərbin uzaqmənzilli raketlərinin istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını müzakirə edəcək.
“The Times” daha əvvəl yazmışdı ki, Bayden Zelenski qələbə ” planını təqdim edənə qədər Ukraynaya Rusiyaya dərin zərbələr endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verməyəcək.
Samir