Almaniyanın “Sarah Wagenknecht Union” (BSW) partiyasının lideri və Bundestaqın üzvü Sarah Vaqenknext Ukrayna üçün öz sülh planını təklif edib.
HİT.az xəbər verir ki, o, sülh təşəbbüslərini "Tagesspiegel" qəzetinə müsahibəsində səsləndirib.
* Putinə hazırkı cəbhə xəttində dərhal atəşkəslə razılaşarsa, Qərbdən Ukraynaya silah tədarükünü dayandırmağı təklif etmək;
* Sonra işğal olunmuş ərazilərlə bağlı danışıqlara başlamaq. Və sonra biz rusların yerləşdiyi ərazilərdə nə baş verəcəyi ilə bağlı razılaşmalı olacağıq.
* Eyni zamanda, BMT nəzarəti altında referendumda Donbass və Krımda olan insanlardan hansı ölkəyə mənsub olmaq istədiklərini soruşmaq;
Sarah Vaqenknext Ukraynanın güzəştə getməyə hazır olmasını tələb edir: "Kiyev xüsusilə NATO-ya üzv olmaq məqsədi ilə bağlı danışıqlara və kompromislərə hazır olmalıdır".
Sarah Vaqenknext Rusiyanın güzəştə gedib-getməməsi sualını açıq qoyub.
BILD-in köşə yazarı bunu "zəhərlənmiş sülh planı" adlandırıb. "Bu plan Putini razı salacaq. Çünki Rusiya qanunsuz olaraq işğal etdiyi əraziləri əldə edəcək".
Samir