2,5 il davam edən müharibə zamanı ölən və ya yaralanan ukraynalıların və rusların sayı təxminən 1 milyon nəfərə çatıb. Eyni zamanda, mülki əhali arasında ölənlərin sayı naməlum olaraq qalır, çünki yalnız Mariupolun ruslar tərəfindən tutulması zamanı Human Rights Watch-un məlumatına görə, 8 mindən çox insan həlak olub.
HİT.az xəbər verir ki, bu barədə "The Wall Street" Journal yazıb.
İlin əvvəlində Ukraynanın məxfi hesablamasında ölən ukraynalı hərbçilərin sayı 80 min, yaralılar isə 400 min təşkil edir. Qərb kəşfiyyatı tərəfindən Rusiyanın itkiləri ilə bağlı təxminlər müxtəlifdir: bəzi mənbələrə görə, ölənlərin sayı təxminən 200.000 nəfərə, yaralıların sayı isə 400.000-ə çatır.
Vladimir Putinin 2022-ci ildə işğala başlamaq motivlərindən biri ukraynalıları udaraq Rusiya əhalisinin sayını artırmaqdır. Hökumətin və demoqrafların hesablamalarına görə, son 10 ildə Rusiyanın Ukrayna ərazilərinə təcavüzü və işğalı nəticəsində Ukrayna ən azı 10 milyon insanını itirib və ya qaçqın düşüb.
Putin çoxdan Rusiyada xroniki demoqrafik tənəzzül probleminin həllini özünün prioriteti elan edib və o vaxtdan Kreml uşaqları oğurlamaq və ukraynalılara Rusiya pasportları vermək də daxil olmaqla, işğal olunmuş əraziləri ruslaşdırmaq kampaniyasına başlayıb.
Müasir Ukrayna vaxtilə Rusiya imperiyasının tərkibində olub və Putin dəfələrlə bəyan edib ki, ölkəni Moskvanın hakimiyyətinə qaytarmaq istəyir. O, Ukrayna kimliyini və dövlətçiliyini inkar edir və ukraynalıların rus millətinin bir hissəsi olduğunu iddia edir.
Müharibə Rusiya Federasiyasının daxili demoqrafiyasına və əmək bazarına dağıdıcı təsir göstərib. Genişmiqyaslı işğal başlayandan bəri 600 mindən çox rus ölkəni tərk edib. Bunlar əsasən başqa ölkələrə köçüb yeni həyata başlamağa imkanı olan gənc mütəxəssislərdir.
Rusiyanın hücumu Ukrayna əhalisinə fəlakətli təsir göstərib. 2001-ci il siyahıyaalınması zamanı əhali sayı 48 milyon olub. Ukraynalı demoqrafların və hökumət rəsmilərinin hesablamalarına görə, 2022-ci ilin əvvəlində, Rusiya işğalından əvvəl bu rəqəm 40 milyona düşüb. Müharibə başlayandan 2022-ci ilin fevralında BMT-nin məlumatına görə, 6 milyondan çox insan Ukraynanı tərk edib, Rusiya isə yeni torpaqlar zəbt edib, Kiyevin nəzarətində olan ərazidə əhalinin ümumi sayı 25-27 milyon nəfərə qədər azalıb.
Ptux Demoqrafiya İnstitutunun tədqiqatçısı Aleksandr Qladun hesab edir ki, Ukraynada tammiqyaslı işğaldan əvvəl 42 milyon var idisə, sonra isə təxminən 29 milyon insan yaşayır.
Qeyd edək ki, Ukraynada doğum səviyyəsi ölkənin bütün tarixində ən aşağı səviyyəyə düşüb. Bu ilin birinci yarısında doğulanlardan üç dəfə çox insan ölüb.
Hökumətin məlumatlarına görə, bu dövrdə təxminən 250,000 ölüm və 87,000-dən çox doğuş qeydə alınıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 9% azalma deməkdir. 2021-ci ildə - müharibədən bir il əvvəl 130.000-dən çox doğuş qeydə alınıb.
Samir