Bu ölkə Rusiya və Ukraynaya danışıq üçün öz ərazisini təklif etdi

DÜNYA
18:00 / 17.09.2024
147

Hindistan münaqişənin həlli üçün həm Rusiya, həm də Ukrayna ilə dialoq aparmaq imkanına malik olan nadir ölkələrdən biridir. 

HİT.az xəbər verir ki, bu barədə Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar "Time Now" qəzetinə müsahibəsində bildirib.

"Bu gün biz bu hökumətlərin hər ikisi ilə danışa bilən azsaylı ölkələrdən biriyik", deyə nazir bildirib.

Hindistanın baş naziri Narendra Modinin Nazirlər Kabinetinin rəhbəri kimi üçüncü müddətinin ilk həftələrində əldə etdiyi nailiyyətlərdən danışan nazir Moskva və Kiyevə səfərlərini münaqişənin gələcək həlli üçün ölkənin baş nazirinin ən mühüm addımları adlandırıb. 

Bundan əvvəl hindli analitik Pratim Ranjan Bose bildirib ki, Hindistan NATO üzvü deyil və ABŞ-ın istəyi ilə hərəkət etmək məcburiyyətində deyil. Onun fikrincə, Amerika tərəfi mətbuat konfransı keçirə və hər kəsin müəyyən şəkildə hərəkət etməli olduğunu deyə bilməz. Bose əlavə edib ki, diplomatik dildə belə hərəkətlər hər kəsin bunu etməli olması deməkdir.

Samir
 

0