İngiltərə və Fransa Rusiyadan gələn təhdidlərə görə yeni hərbi saziş imzalamağı planlaşdırır.
Samir xəvər verir ki, bu barədə Politico mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Böyük Britaniyanın müdafiə naziri Con Hili bildirib ki, o, düşmən tərəflərin təhdidlərinin artması fonunda 2010-cu ildə London və Paris arasında imzalanmış müdafiə paktı olan Lankaster sazişini yenidən işə salmağı planlaşdırır.
Politico-nun həmsöhbətlərinin sözlərinə görə, müqavilənin yenilənmiş mətnində Rusiyanın düşmənçilik fəaliyyəti fonunda Britaniya və Fransa arasında əməkdaşlığın gücləndirilməsinə diqqət yetiriləcək.
Rəsmilərdən birinin aydınlaşdırdığı kimi, bu planlar diplomatiyada müdafiənin artan rolunu vurğulamaq istəyindən xəbər verir, həmçinin Böyük Britaniyanın baş naziri Kir Starmerin London və Avropa İttifaqı arasında münasibətləri bərpa etmək istəyini nümayiş etdirir.
Sentyabrın 11-də Böyük Britaniyanın xarici işlər naziri David Lammi Ukrayna ilə 100 illik tərəfdaşlıq və onun uzunmüddətli perspektivdə dəstəyini açıqlayıb. Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri həmçinin ilin sonuna kimi Kiyevə daha yüzlərlə hava hücumundan müdafiə raketi, on minlərlə artilleriya sursatı və əlavə zirehli texnikanın təhvil veriləcəyini açıqlayıb. Bundan əlavə, o, Böyük Britaniyadan Ukraynaya dəstək üçün 600 milyon funt sterlinq ayrıldığını təsdiqləyib.
Samir