Boris Conson Ukraynanı dərhal NATO-ya qəbul etməyə çağırdı

DÜNYA
15:50 / 19.09.2024
194

"Şimali Atlantika Alyansı Ukraynanı dərhal üzvlüyünə qəbul etməlidir". 

HİT.az xəbər verir ki, Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson bu fikri Britaniyanın “Spectator” nəşri üçün yazdığı məqalədə bildirib.

"Ukraynanı indi NATO-ya qəbul etməliyik və mən indi bunu nəzərdə tuturam", deyə Conson bildirib.

Sabiq baş nazir bildirib ki, Qərb Kiyevin münaqişənin həlli ilə bağlı razılaşmaya razı olacağına dair hər hansı fikirdən əl çəkməlidir, çünki ukraynalılar çox uzun mübarizə aparıblar.

Böyük Britaniyanın keçmiş baş nazirinin sözlərinə görə, Qərb ölkələri hələ münaqişə bitməmişdən əvvəl Ukraynanı qoşulmağa dəvət edə bilərdi.

Bundan əvvəl "Bloomberg" xəbər vermişdi ki, Ukrayna lideri Volodimir Zelenski sentyabrın sonunda ABŞ-a səfəri zamanı Ukraynanın NATO və Aİ-yə üzvlüyünə, habelə Ukrayna Silahlı Qüvvələrinə müasir silahların verilməsinə nail olmaq niyyətindədir.

Samir
 

0