Livanlılar qorxu içində: İnsanlar telefonlarının partlamasından qorxur

DÜNYA
14:41 / 20.09.2024
193

Livan sakinləri iki gün ərzində peycerlərin və digər rabitə vasitələrinin partlamasından sonra gündəlik həyatda istifadə etdikləri cihazlarından şübhələnməyə başlayıbla. Livanlılar artıq öz smartfonlarından uzaqlaşmağa başlayıblar. 

HİT.az xəbər verir ki, bu barədə Amerikanın "The New York Times" qəzeti yazıb.

"Bəziləri cihazlarını söndürməyə tələsdilər. Digərləri evlərinə enerji verən invertorları və günəş sistemlərini söndürdülər. Çoxları mobil telefonlarını uzaqda saxlayıb, zənglərə cavab verməkdən imtina ediblər. Uşaq monitorları, televizorlar, noutbuklar - Livan sakinləri bütün bunlara şübhə ilə baxırdılar", deyə nəşr yazıb.

Qəzetin yazdığına görə, Livan cəmiyyətində partlayışlardan sonra artan narahatlıq var. Bundan əlavə, vəziyyəti İsraillə genişmiqyaslı müharibə qorxusu daha da gərginləşdirir.

Bundan əvvəl ABC telekanalı mənbələrə istinadən xəbər verir ki, İsrail 15 ildir Livanda peycerləri partlatmaq üçün əməliyyat planlaşdırır. Onların sözlərinə görə, İsrail Livanın müxtəlif bölgələrində partlayan rabitə vasitələrinin istehsalında iştirak edib. Bu məqsədlə guya peycerlərin istehsalı ilə məşğul olan bir neçə ön şirkət yaradılıb. Lakin bu şirkətlərin bir çox işçisi işlərinin əsl məqsədlərindən xəbərsiz olub.

Samir
 

0