"ABŞ Gürcüstanda seçki proseslərinə müdaxilə edir" - Gürcü deputat

DÜNYA
17:11 / 20.09.2024
197

"ABŞ-ın heç bir sübut və arqument olmadan Gürcüstan vətəndaşlarına qarşı sanksiyalar tətbiq etmək qərarı seçki proseslərinə müdaxilə və seçicilərin iradəsinə təsir etmək cəhdidir".

HİT.az xəbər verir ki, bunu hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasından deputat Givi Mikanadze bildirib.

ABŞ Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlar Departamentinin rəisi və onun müavininə, həmçinin media platforması və Alt-İnfo mühafizəkar hərəkatının rəhbərlərinə qarşı insan hüquqlarının pozulmasına görə sanksiyalar tətbiq edib. Gürcüstanda demokratiyanı sarsıtmaq üçün onlarla vətəndaşa qarşı viza məhdudiyyəti də nəzərdə tutulub.

"Başqa ölkənin bu cür hərəkətləri həyata keçirməsi seçki proseslərinə müdaxilə və seçicilərin iradəsinə təsir etmək cəhdidir", deyə Mikanadze brifinqdə bildirib.

O vurğulayıb ki, Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlar Departamentinin rəhbəri Zviad Xarazişvili və onun müavini Mileri Laqazauriyə qarşı sanksiyalar heç bir sübut və arqument olmadan tətbiq edilib.

Sanksiyalar və viza məhdudiyyətləri barədə məlumat sentyabrın 16-da ABŞ Dövlət Departamentinin saytında dərc olunub. Oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək. Seçkilərdə əsas mübarizə "Gürcü Arzusu"nun hakim qüvvəsi ilə Milli Hərəkat müxalifət qüvvələri arasında gedir. 

Samir
 

0