"Gürcüstan hakimiyyəti sanksiyalar tətbiq etmək hədələrindən qorxmayacaq, çünki hakimiyyət vətənə, gürcü xalqına xidmət edir və yalnız ölkə üçün xeyirli olanı edəcək".
HİT.az xəbər verir ki, bunu hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze deyib.
ABŞ Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlar Departamentinin rəisi və onun müavininə, həmçinin media platforması və Alt-İnfo mühafizəkar hərəkatının rəhbərlərinə qarşı insan hüquqlarının pozulmasına görə sanksiyalar tətbiq edib. Gürcüstanda demokratiyanı sarsıtmaq üçün onlarla vətəndaşa qarşı viza məhdudiyyəti də nəzərdə tutulub.
“Nə hücumlar olursa olsun, sanksiyalarla bağlı hansı təhdidlər edilsin, heç kim bizi qorxuda bilməz, çünki biz vətənimizə, xalqımıza xidmət edirik”, deyə Kaladze bildirib.
O vurğulayıb ki, Gürcüstanın hazırkı hakimiyyəti ölkəsi və Gürcüstanın gələcəyi, uşaqları və gələcək nəsilləri üçün lazım olanı edəcək.
"Bu gün bizə deyirlər ki, şəffaflıq antidemokratikdir, şəffaflıq ölkənin Avropaya inteqrasiya yolunda irəliləməsinə mane olur", deyə Kaladze qeyd edib.
O, xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarını və medianı xüsusi reyestrdə qeydiyyatdan keçməli və bəyannamə doldurmağı öhdəsinə götürən “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı kampaniyanı Gürcüstana qarşı aparılan “çirkli kampaniyanın” tərkib hissəsi adlandırıb.
Samir