Rusiya neft məhsullarının ixracını bərpa edir - "Bloomberg"

DÜNYA
22:57 / 20.09.2024
33

Rusiya Federasiyasından neft məhsullarının ixracı sentyabrın birinci yarısında dizel yanacağı və mazut axınının yaxşılaşdırılması fonunda emal göstəricilərinin artması hesabına bərpa olunub.

hit.AZ xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Belə ki, “Bloomberg” agentliyinin “Vortexa Ltd” analitik şirkətindən əldə etdiyi məlumatlara əsasən, sentyabrın ilk 15 günündə neft məhsullarının dəniz yolu ilə ixracı sutkada təxminən 2,2 milyon barel təşkil edib. Bu, bütün əvvəlki ayın orta gündəlik göstəricisindən demək olar ki, 10% çoxdur.

Moskva rəsmi hasilat məlumatlarını dərc etməyi dayandırdığına görə bazar, hasilatı ölçmək üçün Rusiyanın neft ixracını yaxından izləyir.

Qiymətlərin düşməsi dörd həftəlik orta xam neft təklifinin sentyabrın ikinci həftəsində gündəlik 3,21 milyon barrelə çatan kiçik artımı kölgədə qoyduğu üçün ölkənin neft gəlirləri təzyiq altında qalıb.

Sentyabrda mazut tədarükü 13% artaraq sutkada 749 min barelə çatıb ki, bu da bu ilin ən yüksək göstəricisidir. Vakuum qazoylu kimi təmizlənmiş xammalın axınları sutkada 149 000 barellə dörd ayın ən yüksək səviyyəsinə yüksəlİB.

Bloomberg Rusiya neft məhsullarının ixracının artımını Rusiya neft emalı zavoduna hücumdan sonra emal tempinin bərpa olunması ilə əlaqələndirib.

Nəşr xatırladır ki, avqust ayında Rusiya Federasiyasından bütün neft məhsullarının tədarükünün təxminən 70%-ni təşkil edən dizel yanacağı və mazutun zəif axını səbəbindən tədarük dörd aylıq minimuma enib.

Xəbər verildiyi kimi, mart ayında hücumlar və artan tələbat fonunda Rusiya Federasiyası hökuməti altı ay müddətinə benzinin ixracına qadağa qoyub. Daha sonra qadağa aradan qaldırıldı və benzinin ölkədən 2024-cü il mayın 20-dən iyunun 30-dək ixracına icazə verilib.

Samir

0