SEPAH Livandakı partlayışlardan sonra bütün rabitə vasitələrini qadağan edib - "Reuters"

DÜNYA
16:40 / 23.09.2024
160

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Livanda "Hizbullah" yaraqlılarının son vaxtlar peycer və telsizlərinij partladılmasından sonra öz üzvlərinə istənilən rabitə vasitələrindən istifadəni dayandırmağı əmr edib.

HİT.az xəbər verir ki, bu barədə “Reuters”ə İran təhlükəsizlik xidmətinin iki yüksək rütbəli nümayəndəsi məlumat verib.

Xidmətdən biri bildirib ki, SEPAH təkcə rabitə vasitələrini deyil, bütün cihazları yoxlamaq üçün genişmiqyaslı əməliyyat keçirir. Onun sözlərinə görə, bu cihazların əksəriyyəti ya evdə, ya da Çin və Rusiyadan gətirilib.

Rəsmi əlavə edib ki, İran İsrail agentlərinin sızmasından narahatdır və artıq SEPAH üzvlərini, xüsusən də orta və yüksək rütbəli komanda heyətini hərtərəfli yoxlamaya başlayıb.

"Bura onların həm İranda, həm də xaricdəki bank hesablarını, habelə onların və ailələrinin səyahət tarixçələrini yoxlamaq daxildir", deyə təhlükəsizlik rəsmisi bildirib.

Mənbə 190 minlik SEPAH qüvvələrinin hazırda necə əlaqə saxladığı barədə təfərrüat verməkdən imtina edib.

"Biz hazırda mesajlaşma sistemlərimizdə başdan-ayağa şifrələmədən istifadə edirik", deyə mənbə qeyd edib.

Həmçinin rəsminin sözlərinə görə, SEPAH nümayəndələri texniki qiymətləndirmələr üçün "Hizbullah"a müraciət ediblər və partladılan qurğuların bir neçə nümunəsi iranlı ekspertlər tərəfindən araşdırılmaq üçün Tehrana göndərilib.

Digər İran rəsmisi deyib ki, İslam Respublikasının əsas qayğısı ölkənin nüvə və raket obyektlərini, xüsusilə yerin altında yerləşən obyektləri qorumaqdır.

"Heç vaxt indiki kimi ciddi təhlükəsizlik tədbirləri və fövqəladə tədbirlər görülməyib" deyən mənbə Livanda peycer partlayışlarından sonra təhlükəsizliyin əvvəlki səviyyələrlə müqayisədə əhəmiyyətli dərəcədə artırıldığını söyləyib.

Qeyd edək xəbər verir ki, sentyabrın 17-də Livanda koordinasiyalı hücum nəticəsində Hizbullah yaraqlılarının peycerləri partladılıb. Ertəsi gün yüzlərlə "Hizbullah" peyceri və telsizləri partlayıb. 39 nəfər ölüb, 3000-dən çox insan yaralanıb. Livan və "Hizbullah" hərəkatı hücumların arxasında İsrailin olduğunu bildirir. İsrail iştirakını nə inkar edir, nə də təsdiqləyir.

Samir
 

0