Rusiya-ABŞ məhbus mübadiləsi çərçivəsində azad edilən rusiyalı müxalif siyasətçi və jurnalist Volodimir Kara-Murza bir daha Qərbi Moskvaya qarşı sanksiyaların tətbiqinə diqqətlə yanaşmağa çağırıb.
HİT.az bu barədə "The Times"a istinadən xəbər verir.
"Mən heç vaxt sanksiyaların ləğvinə çağırış etməmişəm. Lakin onlar Putinin döyüş maşınına və müharibə iqtisadiyyatına yönəlməli və onun Ukraynaya qarşı bu qanlı təcavüzkar müharibəsini davam etdirməsini çətinləşdirməlidir və ya ideal olaraq qeyri-mümkün etməlidir", deyə - o, nəşrə bildirib.
Müxalifətçi əlavə edib ki, rusların Litva və Çexiyaya girişinə tam qadağa qoyulması ayrı-seçkilik və Avropa İnsan Haqları Konvensiyasının pozulmasıdır.
"Qərb 140 milyon rusun hamısına müharibə cinayətkarı kimi yanaşmamalıdır, çünki onlar açıq-aydın belə deyillər", deyə Kara-Murza qeyd edib.
İnun fikrincə, Putin rejimi gec-tez süqut etməlidir, bu, Rusiyadakı digər siyasi dəyişikliklər kimi birdən baş verəcək:
"Bu dəfə Ukraynada hərbi cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi də daxil olmaqla, əsl anlayışa, əsl mənəvi təmizləməyə ehtiyacımız olacaq. Hər şeyi etmək lazımdır ki, bu şər bir daha qayıtmasın".
Samir