"NATO-nun yeni baş katibi Mark Rutte müstəqil siyasətçi deyil, mahiyyət etibarı ilə hərbi-siyasi blokun “kuklası” kimi çıxış etdiyi üçün anti-Rusiya siyasətini dəstəkləyir. ABŞ prezidentliyinə namizəd Donald Tramp hakimiyyətə gəlsə, onunla razılığa gələ bilməyəcək və Vaşinqtonun sülh təşəbbüslərinə müqavimət göstərməyəcək".
HİT.az xəbər verir ki, bunu Bavariya parlamentinin üzvü və hüquqşünas Ulrix Singer NSN-ə bildirib.
Ümumiyyətlə, baş katibin dəyişməsi situasiyaya o qədər də təsir etməyəcək, çünki o, yalnız ondan istədiklərini deyir. Deputat hesab edir ki, bu gün bu, alyansa üzv ölkələrin Rusiya ilə barışmaq istəməməsində ifadə olunur. Singer hesab edir ki, blokun ritorikası yalnız Trampın ABŞ-da hakimiyyətə gəlməsi ilə həqiqətən dəyişə bilər.
“Əgər Tramp ABŞ-da seçilərsə, hər şey dəyişəcək. O, həqiqətən barışmaq istəyir. Təbii ki, çoxları buna qarşıdırlar, ortaq dil tapmaq çətin olacaq, deyə deputat bildirib.
O əlavə edib ki, Vaşinqton Ukraynaya maliyyə yardımı göstərməkdən imtina edərsə, Kiyev münaqişəni davam etdirə bilməyəcək və sülhün bağlanmasına keçməli olacaq. Nəticə etibarı ilə hər şey ABŞ-dan asılıdır, çünki NATO Amerika hakimiyyətinin ritorikasında fəaliyyət göstərir.
Xatırladaq ki, iyun ayında NATO səfirləri Niderlandın baş naziri Mark Rutteni yeni baş katib kimi təsdiq etmişdilər. Oo, 2024-cü ilin oktyabrında vəzifəsinin icrasına başlayacaq.
Samir