ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukrayna lideri Volodimir Zelenskinin ABŞ-a səfərini pisləyib və onu tarixin ən böyük satıcısı adlandırıb.
Hit.az Bloomberg-ə istinadən xəbər verir ki, bazar ertəsi Pensilvaniyada BMT Baş Assambleyası qarşısında keçirilən tədbirdə Tramp Ukrayna siyasətinə "başqa cür" yanaşacağını bildirib.
"Görürəm ki, Zelenski buradadır. Düşünürəm ki, Zelenski tarixin ən yaxşı iş adamıdır: o, hər dəfə ölkəyə gələndə 60 milyard dollarla çıxıb gedir", deyə Tramp bildirib.
Tramp əlavə edib ki, o, Zelenskinin rəqibi Kamala Harrisin seçkidə qalib gəlməsini çox istədiyinə inanır. Əvəzində Tramp seçkidə qalib gəlsə, Ukrayna və Rusiyanı danışıqlara sövq etməyə çalışacağını deyib.
“Əgər bu seçkidə qalib gəlsəm, ilk işim Zelenskiyə zəng etmək, prezident Putinə zəng etmək olacaq və "siz razılaşmalısız, bu dəlilikdir" deyəcəyəm" - Tramp bildirib.
Samir