20 ildir özünü cərrah kimi təqdim edən şəxs həbs edildi

DÜNYA
23:17 / 24.09.2024
157

Taylandda 20 ildir özünü cərrah kimi təqdim edən şəxs həbs olunub. 

HİT.az "Oddity Central"a istinadən xəbər verir ki, bu, xəstələrindən birinin əməliyyatdan sonra fəsadlar inkişaf etdirməsindən sonra baş verib.

Mediada yayılan məlumatlara görə, Kittikorn Sonqsri lazımi lisenziyaya malik olmadan 20 il ərzində cinsiyyət orqanını böyütmə əməliyyatları apardığı üçün keçən həftə həbs edilib. Üstəlik, məlum olub ki, kişinin xüsusi təhsili yoxdur - o, məktəbi yalnız 9-cu sinfə qədər bitirib.

Buna baxmayaraq, taylandlı "həkim" sosial şəbəkələrdə öz xidmətlərini aktiv şəkildə reklam edib və ayda iki-üç xəstə qəbul edib, ona hər xəstə tərəfindən təxminən 600 dollar ödənilib. Onunla bağlı araşdırma əməliyyatdan sonra ciddi bir infeksiya inkişaf etdirən müştərinin polislə əlaqə saxlamasından sonra başlayıb.

Sanqri icazəsiz tibbi klinika işlətməkdə və lisenziyasız tibbi xidmət göstərməkdə ittiham olunub. Onu da fəsadlardan şikayət edən bir xəstə məhkəməyə verib. Əgər kişinin günahı sübuta yetirilərsə, onu böyük miqdarda cərimə və həbs cəzası gözləyir.

Samir

0