Malayziyanın Saravak əyalətində faciə baş verib: Siciliua İntik adlı altı yaşlı qız çayda çimərkən timsahın hücumuna məruz qalıb.
Hit.az xəbər verir ki, bu barədə "AsiaOne" məlumat yayıb.
Hadisə qızın babası və dostları ilə sahildə olduğu zaman baş verib. Yırtıcı qəfildən onu tutub suyun altına sürükləyib, babasının reaksiya verməyə və onu xilas etməyə vaxtı olmayıb.
Xilasedicilər hadisə yerinə 9 dəqiqə sonra gəliblər, lakin o vaxta qədər timsah artıq yoxa çıxıb. Onun yaxınları və polis əməkdaşları Siciliyanın axtarışında iştirak edirlər.
“The Borneo Post”un məlumatına görə, axtarış əməliyyatı beşinci gündür ki, davam edir. Xilasedicilər hadisə yerindən iki kilometr radiusda əraziyə baxış keçirsələr də, hələlik heç bir nəticə yoxdur.
Avqust ayında İndoneziyada timsahın içində 54 yaşlı qadının cəsədi tapılmışdı. Yırtıcının ona çayın yaxınlığında olarkən hücum etdiyi güman edilir.
Samir