Potsdam İqlimə Təsir Tədqiqatları İnstitutunun (PIK) alimləri belə qənaətə gəliblər ki, dünya okeanlarının turşuluğu dəniz həyatını dəstəkləmək və iqlimi sabitləşdirmək üçün həddindən artıq yüksək ola bilər.
Hit.az xəbər verir ki, bu barədə Phys.org yazıb.
Elmi qurumun hesabatına görə, daim artan karbon qazı emissiyaları səbəbindən okeanların turşulaşma səviyyəsi artır.
Turşu su bir çox dəniz növlərini qida ilə təmin edən mərcanlara, qabıqlara və fitoplanktona zərər verir.
Tədqiqatçılar deyirlər ki, bu, dəniz resurslarından asılı olan milyardlarla insanın qida təminatını zəiflədir.
PIK mütəxəssisləri okeanların turşuluq səviyyəsini planetin həyatı dəstəkləmək qabiliyyəti üçün kritik olan doqquz amildən biri adlandırırlar.
Digər parametrlərə havanın karbon qazının tərkibi, şirin suyun vəziyyəti, torpaqlar, biosfer, ozon təbəqəsi, biokimyəvi dövrlər və atmosfer aerozolları daxildir.
Alimlər qeyd ediblər ki, bu gün ən az narahatlıq keçirən ozon təbəqəsidir və 1980-ci illərin sonundan etibarən tədricən bərpa olunur.
Samir