"Almaniya hazırda Avropa ölkələri arasında Ukraynaya ən böyük dəstəyi verir və bundan sonra da verəcək".
HİT.az xəbər verir ki, bu barədə Nyu-Yorkda keçirilən görüşlər çərçivəsində Almaniyanın federal kansleri Olaf Şolts jurnalistlərə bildirib.
"Ukraynada hər kəsin bildiyi kimi, biz ona Avropada ən böyük dəstəyi veririk. Və biz belə qalacağıq. Verdiyimiz dəstəkdə də çox etibarlıyıq", deyə Şolts bildirib.
Onun sözlərinə görə, Almaniya hazırda Avropanın Ukraynaya verdiyi dəstəyin uzunmüddətli perspektivə malik olması üçün çox çalışır.
"İqtisadi cəhətdən güclü dövlətlər olaraq biz, G7 ölkələri digərləri ilə birlikdə Ukraynaya 50 milyard dollar yardım planı hazırlamışıq. İndi biz Avropanın öz töhfəsini verəcəyik ki, Avropa payı sürətlə təmin olunsun, Kanada, ABŞ, Böyük Britaniya və Yaponiyadakı dostlarımız da töhfə verə bilsin", deyə Almaniya hökumətinin başçısı bildirib.
Bundan əvvəl Ukrayna prezidenti Volodimir Zelenski Nyu-Yorkda keçirilən görüşdə Almaniya kansleri Olaf Şoltsla Ukraynada ədalətli sülhün əldə olunmasına yanaşmanı müzakirə edib.
Samir