Ukrayna Rusiya Federasiyası ilə sülh danışıqlarında ideal vasitəçi tapıb - "Politico"

DÜNYA
22:54 / 25.09.2024
130

Ukrayna Rusiya ilə müharibəyə son qoymaq məqsədilə sülh danışıqlarında etibar etmək üçün ideal vasitəçi tapıb. 

HİT.az "Politico"ya istinadən xəbər verir ki, bu, Hindistanın baş naziri Narendra Modidir.

Yüksək rütbəli bir Ukrayna rəsmisi qəzetə təsdiqləyib ki, Hindistan Kiyevin sülh müqaviləsi üçün böyük ümididir:

"Kiyevlə yay danışıqları zamanı Modi açıq şəkildə bildirdi ki, Ukrayna Moskvanın hücumuna son qoymaq üçün istər-istəməz bəzi məsələlərdə güzəştə getməli olsa da, müharibəni dayandırmaq üçün hər hansı təkliflər ərazinin Rusiyaya verilməsini ehtiva etməməlidir".

Məqalədə vurğulanır ki, Hindistan ardıcıl olaraq Rusiyanın Ukraynaya təcavüzünü pisləməkdən çəkinsə də, suverenlik və ərazi bütövlüyünə hörmətlə yanaşı, müharibənin dayandırılmasını müdafiə edir. Və görünür, digər mümkün namizədlər arasında vasitəçi üçün yeganə real variant olaraq qalır.

"Politico" qeyd edir ki, İsveçrə və Avstriya Rusiyaya qarşı sanksiyaların tətbiqi məsələsində Avropa İttifaqının tərəfində olublar. ABŞ və Moskva arasında münasibətlər dərin dondurulmuş vəziyyətdədir. Səudiyyə Ərəbistanının sülhməramlı rolunu oynamaq cəhdləri uğursuzluğa düçar olub, Çin Moskvaya hərbi əməliyyatlarda fəal kömək etməkdə günahlandırılıb və Braziliya hökumətini isı bu ay Zelenski Rusiyanın tərəfini tutduğuna görə tənqid edib.

"Hindistan bəlkə də yeganə dünya oyunçusudur ki, bu rolu oynaya bilər və ya ən azı, Moskva və Kiyevə münasibətdə özünü bitərəf tərəf kimi inandırıcı şəkildə təqdim edə bilən yeganə dövlətdir", deyə nəşr yazır.

Daha əvvəl Hindistanın xarici işlər naziri Subramanyam Caişankar Hindistanın öz sülh təklifini irəli sürməyi planlaşdırıb-qaldırmadığını açıqlamayıb. "Lakin Kiyevdə həqiqətən ümid edirlər ki, Nyu-Dehli gələcəkdə buna doğru addım atacaq", deyə "Politico" qeyd edib.

"Deyə bilərəm ki, Hindistan Ukrayna üçün etibarlı tərəfdaşdır və o, dünyada hadisələrin dinamikasına və gedişatına təsir edə biləcək qlobal gücdür. Və biz Hindistanın sülh formulu prosesində iştirakını görmək istəyirik, çünki Hindistan fərq yarada bilər", deyə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Geori Tıxi "Politico"ya bildirib.

Samir


 

0