"Yaxın günlərdə yeni kütləvi raket hücumu baş verəcək" - Ukraynalı mayoru

DÜNYA
22:15 / 26.09.2024
152

Hərbi analitik, Rusiya-Ukrayna müharibəsinin veteranı, Ukrayna Silahlı Qüvvələrin ehtiyatda olan mayoru Aleksiy Getman deyir ki, yaxın günlərdə, ən çoxu yaxın həftələrdə rusların güclü kütləvi raket hücumunu gözlənilir.

HİT.az xəbər verir ki, bu barədə o, Radio NV-nin efirində danışıb.

Hərbçi bildirib ki, Rusiyanın Ukraynaya sonuncu kütləvi raket hücumundan artıq bir aya yaxın vaxt keçib. Ruslar isə raket terroru taktikasından əl çəkmədikləri üçün bu müddət ərzində yeni hücumlar üçün ehtiyat toplayıblar.

"Bundan sonra nə gözləmək olar? Qarşıdakı günlərdə, ən çox həftələrdə baş verə biləcək güclü kütləvi raket hücumu gözləyə bilərik. Bu il avqustun 26-27-də olduğu kimi. Onlar raket ehtiyatı toplayıblar", deyə Getman bildirib.

Ekspert qeyd edib ki, “Forbes” jurnalının məlumatına görə, ruslar ayda 132-dən 171-ə qədər müxtəlif raketlər istehsal edə bilərlər:

"Onlar əsasən X-101 istehsalına yönəlib. Ancaq oniks və kalibrlər də istehsal edirlər. Ayda cəmi 5-6 ədəd “Xəncər” istehsal oluna bilər, bu azdır. "İskəndərlər" növündən asılı olaraq - 15-dən 45-ə qədər istehsal edilir. 50 raket, üstəgəl "Şahed"lər və üstəgəl nüvə stansiyalarımıza hücum təhlükəsi - bu o deməkdir ki, tezliklə böyük təhlükə müəyyən hərəkətlərə çevriləcək".

Onun məlumatına görə, Rusiya Federasiyası kifayət qədər çox sayda - ayda 500 ədədə qədər "Şahed" istehsal edə bilər. Bu o deməkdir ki, onlar hər gün, hər zaman dronlardan istifadə edərək hava hücumları edə bilərlər:

“Nəzərə alsaq ki, onların da ehtiyatları, öz istehsalatları var, onlar hər gün belə sayda (məsələn, bu gecə 78 PUA) işə sala bilərlər".

Samir
 

0