"Şimali Koreya ikirəqəmli sayda nüvə başlığı istehsal edə bilər" - Deputat

DÜNYA
19:58 / 26.09.2024
151

Şimali Koreyada ən azı iki rəqəmli nüvə başlığı istehsal etmək üçün kifayət qədər plutonium və urana malikdir. 

HİT.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın deputatı Li Sonq Kven ölkənin kəşfiyyat agentliyinə istinadən bildirib.

Xüsusilə, agentlik Şimali Koreyanın noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkilərindən sonra yeddinci nüvə sınağını keçirə biləcəyi perspektivini görür.

"Reuters" xatırladıb ki, iyul ayında Amerika Alimləri Federasiyası hesabatında Şimali Koreyanın 90-a qədər nüvə başlığı yaratmaq üçün kifayət qədər parçalanan material istehsal etdiyi, lakin ölkənin çox güman ki, 50-yə yaxın nüvə başlığı topladığı qənaətinə gəlib.

Linin sözlərinə görə, Şimali Koreyanın dövlət mediası lider Kim Çen Inın uranın zənginləşdirilməsi obyektinə səfəri barədə nadir hallarda məlumat verir. Buna görə də o, bu ayın əvvəlində dərc edilən hesabatın ölkədə prezident seçkiləri öncəsi ABŞ-a mesaj göndərmək məqsədi daşıdığını ehtimal edib.

Eyni zamanda Cənubi Koreya Milli Kəşfiyyat Xidmətinin brifinqindən sonra jurnalistlərə açıqlama verən Li, səfərlə bağlı hesabatın daxili məqsədlər üçün də ola biləcəyini vurğulayıb.

"İqtisadi vəziyyətin çətin olduğu deyilirdi, ona görə də bu, sakinlərə etimadın aşılanmasına yönəlmiş hərəkət kimi şərh edilə bilər", deyə Cənubi koreyalı deputat vurğulayıb.

Öz növbəsində Pxenyan bildirib ki, onun nüvə silahı və ballistik raket arsenalına ABŞ və onun müttəfiqlərinin təhdidlərinə qarşı çıxmaq üçün lazımdır.

Samir
 

1