Valideynlər 2 aylıq körpələrini 6 butulka pivəyə satmaq istədi

DÜNYA
23:12 / 26.09.2024
149

Amerika Birləşmiş Ştatlarından olan bir cütlük iki aylıq körpəsini 6 şüşə pivə qarşılığında tanımadıqları şəxsə satmaq istəyiblər.

HİT.az bu barədə "Mirror"a istinadən xəbər verir.

KİV-in məlumatına görə, Darien Urban və Şalin Ehlers bir kişiyə uşaqlarını altı şüşə pivəyə almağı təklif ediblər. Alıcının sözlərinə görə, körpənin təhlükədə olduğunu anlayıb və cütlüyə 1000 dollar təklif edib. Lakin tezliklə məlum olub ki, bu pul onlara uşağa kömək etmək üçün deyil, özləri üçün lazımdır.

Hadisə şahidlərinin sözlərinə görə, cütlük uşaqla bağlı valideynlik hüquqlarından imtina etdikləri müqavilə də imzalayıb. Hadisənin şahidləri polis çağırıb, polis hadisə yerinə gələrək bir kişi və bir qadını saxlayıb.

Səlahiyyətlilər Urban və Ehlersin uşağı almağa çalışdığı iddia edilən şəxslə sənədləri imzaladığını göstərən cib telefonu qeydlərinin olduğunu da deyirlər. Bundan əlavə, müəyyən edilib ki, Ehlers həmin gün başqa bir cütlükə yaxınlaşaraq onlardan pivə istəyib, körpəni gecə onlara verməyi təklif edib.

Urban və Ehlers azyaşlının həyatını təhlükə altına almaqda ittiham olunurar və onları həbs cəzası gözləyir.

Samir
 

0