"Rusiya prezidenti Vladimir Putinin Rusiyanın nüvə doktrinasının yenilənməsi ilə bağlı sözlərinə görə, Avropa İttifaqı Ukraynaya dəstək mövqeyini saxlayır".
HİT.az xəbər verir ki, bunu Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano bildirib.
Bundan başqa Stano bildirib ki, Ukraynanın Rusiya ərazisinin dərinliklərində uzaqmənzilli silahlarla zərbələr endirməsinə qoyulan qadağanın ləğvi Aİ-nin ayrı-ayrı üzvlərinin məsuliyyətidir: "Avropa ittifaqıbu məsələ ilə bağlı məsləhət və ya kollektiv sanksiya verə bilməz".
Onun sözlərinə görə, Ukrayna qoşunlarının Aİ-nin ayrı-ayrı ölkələri tərəfindən təchiz edilmiş silahlardan istifadə edib-etməməsi ilə bağlı qərar təchizatçı ölkənin müstəsna səlahiyyətidir.
Qeyd edək ki, sentyabrın 25-də Rusiya prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında nüvə doktrinasının dəyişdirilməsini təklif edərək, nüvə dövlətinin dəstəyi ilə qeyri-nüvə dövlətinin təcavüzünün Rusiyaya birgə hücum kimi qiymətləndiriləcəyini açıqlayıb. Cümə axşamı Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, "kollektiv Qərbin dağıdıcı hərəkətləri” Rusiyanın nüvə doktrinasının aydınlaşdırılmasını zəruri edib.
Xatırladaq ki, sentyabrın 19-da Avropa Parlamenti Aİ ölkələrini Ukrayna silahlı qüvvələrinin Rusiya ərazisinin dərinliklərinə endirməsinə dair bütün məhdudiyyətləri aradan qaldırmağa çağıran qətnamə qəbul edib. Digər məsələlərlə yanaşı, bu sənədin bir hissəsi olaraq deputatlar Aİ dövlətlərini 2023-cü ilin mart ayında Kiyevə bir milyon döyüş sursatı ilə təmin etmək öhdəliyini yerinə yetirməyə və müxtəlif silahların, o cümlədən “Taurus” raketlərinin daşınmasını sürətləndirməyə çağırıblar.
Samir