Nüvə silahına malik olan dövlətlərin sayının artması bütün dünya birliyi üçün təhlükəli ola bilər.
HİT.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi TASS-a bildirib.
Onun sözlərinə görə, bu tip silahlara nə qədər çox ölkə sahibdirsə, onlardan istifadə riski də bir o qədər yüksəkdir.
"Təsəvvür edin ki, 15, 18, 20 ölkənin nüvə silahına malik olan dünyamızı çox güman ki, bu halda nüvə silahı istifadə edəcək”.
"15, 18, 20 ölkənin nüvə silahına malik olduğu gərginliklərlə dolu dünyamızı təsəvvür edin. Çox güman ki, bu halda nüvə silahından istifadə olunacaq", deyə Qrossi bildirib.
O əlavə edib ki, son vaxtlar dünyanın bir sıra dövlətləri nüvə silahı və onların əldə edilməsi ilə bağlı danışıqları normallaşdırır. Qrossi vurğulayıb ki, MAQATE-nin məqsədi bu cür ssenarilərin baş verməsinin qarşısını almaqdır.
Samir