Lukaşenko açıqladı: Belarus nüvə silahından nə vaxt istifadə edəcək?

DÜNYA
19:26 / 27.09.2024
149

"NATO Belarusa hücum edən kimi nüvə silahından istifadə olunacaq". 

HİT.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko tələbələrlə görüşündə deyib.

Belarus lideri xəbərdarlıq edib ki, ölkəsinə hücum III Dünya müharibəsi demək olacaq. O xatırladıb ki, Rusiya prezidenti Vladimir Putin nüvə doktrinasına dəyişiklik etməklə bunu təsdiqləyib.

Sentyabrın 25-də Vladimir Putin Rusiyanın nüvə silahından istifadə şərtlərini müəyyən etmək üçün bir sıra dəyişikliklər etməyi təklif edib. İndi hər hansı qeyri-nüvə dövləti tərəfindən, lakin nüvə ölkəsinin iştirakı və ya dəstəyi ilə Rusiya Federasiyasına qarşı təcavüzün birgə hücum kimi qiymətləndirilməsi təklif edilir. Bundan əlavə, Moskva Belarusa qarşı təcavüzə cavab olaraq nüvə silahından istifadə etmək hüququnu özündə saxlayır. O cümlədən, düşmən adi silahlardan istifadə edirsə. 

Lukaşenko ölkədə məhkumların əfv edilməsi praktikasını davam etdirəcəyini bildirib. O qeyd edib ki, əfv məsələsi prezidentin konstitusion vəzifəsidir, ona görə də belə bir vəzifə yerinə yetirilməlidir. 

"Siz onların tövbə etdiklərinə inanırsınızmı?" sualına dövlət başçısı belə cavab verib:

"Onların arasında elələri də olacaq ki, söz verib, tövbə edib öz mövqeyini dəyişəcək və başqalarının işinə qarışmayacaqlar. Elə olur ki, onlar öz öhdəliklərini pozurlar".

Sentyabrın 16-da Belarus prezidenti fərmanla "ekstremist cinayətlərə görə" məhkum edilmiş daha 37 nəfəri əfv edib. Əfv olunanlar arasında 6 qadın, bəziləri xroniki xəstəliyi olan, əlil və pensiyaçılar da var. 

Samir
 

0