Florida Universitetinin Health Shands Xəstəxanasının alimləri müəyyən ediblər ki, uşaqlarda D vitamini çatışmazlığı sınıqlardan sonra sümük toxumasının yavaş sağalmasına gətirib çıxarır.
HİT.az xəbər verir ki, tədqiqatın nəticələri Amerika Pediatriya Akademiyasının Milli Konfransı və Sərgisi 2024 (AAPNCE) saytında təqdim olunub.
Tədqiqatçılar 2015-2022-ci illər arasında ABŞ-da uşaqlarda 186 əza sınığı hadisəsini təhlil ediblər. Alimlər hər bir halda sümük toxumasının tam bərpası üçün nə qədər vaxt lazım olduğunu təxmin edilib və sonra əldə edilən məlumatları gənc iştirakçıların qan testlərinin nəticələri ilə müqayisə olunub.
Onlar aşkar edib ki, D vitamini səviyyəsi aşağı olan uşaqlarda ayaq sınıqları (cərrahiyyə tələb olunmur) kliniki olaraq sağalmaq üçün əlavə 20 gün və sınıqların rentgenoqrafiyada rezolüsiya əlamətlərini göstərməsi üçün iki ay vaxt lazımdır. Cərrahiyyə tələb olunduğu hallarda, klinik sağalma bir ay, zədənin yox olması isə dörd ay gecikib.
Tədqiqat müəllifləri uşağın sınıqlarının sağalması həmişəkindən daha uzun sürərsə, valideynlərə D vitamini səviyyələrini yoxlamağı tövsiyə ediblər. Alimlər bildirib ki, bu vacib maddənin çatışmazlığının qarşısını süd, pendir, balıq və qatıqdan aktiv istifadə etməklə almaq olar.
Samir