Ukraynada müharibə 10 il davam edəcək, Koreyadakı kimi bitəcək - Vuçiç

DÜNYA
21:50 / 27.09.2024
183

Serbiya prezidenti Aleksandar Vuçiç Ukraynadakı silahlı münaqişənin daha 10 il davam edəcəyini və Koreya ssenarisi üzrə - hazırkı cəbhə xəttində bitəcəyini bildirib. 

HİT.az xəbər verir ki, prezident bu barədə "TV İnformer"ə müsahibəsində danışıb.

"Sülh nəhayət Koreya ssenarisində əldə edilən xətlərə əsaslanaraq gələcək", deyə Vuçiç bildirib.

Onun sözlərinə görə, bu ana qədər həm Ukrayna, həm də Rusiya hər kənd, hər şəhər üçün döyüşəcək.

Bundan əvvəl Vuçiç Praqada keçirilən GLOBSEC 2024 Qlobal Təhlükəsizlik Forumunda demişdi ki, Serbiyanın Avropa İttifaqına qoşulmasından sonra Rusiyanın Aİ-dəki maraqlarını təbliğ etməyəcək. O qeyd edib ki, Serbiyanın Aİ-də “Rus troya atı” ola biləcəyi ilə bağlı iddiaları dəfələrlə eşidib. Vuçiç əmin edib ki, Rusiya ilə yaxşı münasibətlər saxlamaq niyyətində olsa da, Avropa İttifaqında onun maraqlarını təşviq etməyi planlaşdırmır. Rusiya prezidenti Vladimir Putinlə münasibəti ilə bağlı sualı cavablandıran Vuçiç iki il yarımdır ki, onunla əlaqə saxlamadığını deyib.

Samir
 

0