İran İsrailin hücumu nəticəsində həlak olan Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullahın xatirəsinə 5 günlük matəm elan edib.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Ayətullah Əli Xameneyi müvafiq qərar verib.
Xatırladaq ki, daha əvvəl İraqın Baş naziri Məhəmməd əl-Sudani Nəsrullahın xatirəsinə ölkədə 3 günlük matəm elan edib.