"İran hökuməti Livana kömək üçün qoşun göndərmək fikrində deyil".
HİT.az xəbər verir ki, bunu SNN telekanalının efirində İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani deyib.
“Livan sübut etdi ki, özünün İsrail işğalçı rejimini məğlub etmək iqtidarındadır, ona görə də İran Təl-Əvivin hücumlarını dəf etmək üçün respublikaya öz könüllülərini və ya digər yardımları göndərməyə ehtiyac duymur”, deyə diplomat bildirib.
Kənani əlavə edib ki, Yaxın Şərq "İsrailin təcavüzkar hərəkətlərindən müdafiə etmək üçün lazım olan hər şeyə malikdir".
Sentyabrın 17-də və 18-də Livanın müxtəlif bölgələrində peycer və telsizlərin silsilə partlayışlarından sonra Yaxın Şərqdə vəziyyət yenidən pisləşib. KİV-in məlumatına görə, bu texnika əsasən "Hizbullah" hərəkatının üzvləri tərəfindən istifadə edilib. Respublikanın hakimiyyət orqanları insidentdə İsraili günahlandırıb.
Sentyabrın 23-də İsrail "Hizbullah"ın hərbi infrastrukturuna qarşı önləyici hücum əməliyyatına başladığını elan edib. Əməliyyat “Şimal oxları” adlanır.
Bundan əlavə, sentyabrın 28-də İsrail Hərbi Hava Qüvvələrinin mətbuat xidməti Livan hərəkatının lideri Həsən Nəsrullahın məhv edildiyini açıqlayıb.
Samir