Gürcüstan xarici qüvvələrin ölkəni xəritədən silmək planları barədə xəbərdarlıq edib
Hakim Gürcü Arzusu-Demokratik Gürcüstan Partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvili deyib ki, düşmən xarici qüvvələr və müxalifət Gürcüstanı xəritədən silməyə çalışır.
HİT.az xəbər verir ki, bu barədə "NewsGeorgia" məumat yayıb.
“Bu gün hamı açıq şəkildə görür ki, bu radikal qüvvə, onun ətrafında cəmləşmiş siyasi, qeyri-hökumət və ya media qurumları xarici maraqları güdür və Gürcüstanı müharibə əzabına sürükləməyə çalışır. Səhv etməyə haqqımız yoxdur", deyə İvanişvili bildirib.
Onun sözlərinə görə, Gürcüstanla düşmənçilik edən qüvvələr "yerli agentlərin” köməyi ilə ölkəni xəritədən silmək niyyətindədirlər. "Bu halda, 2008-ci il münaqişəsi “xırda-xırda görünəcək", deyə siyasətçi bildirib.
Eyni zamanda o, Tiflisin hansı xarici düşmənlərindən danışdığını dəqiqləşdirməyib.
Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze demişdi ki, 2014-cü ildə Ukraynada “Maydan” adlanan çevriliş ölkəni məhv edib. Kobaxidze vurğulayıb ki, Gürcüstan hakimiyyəti ölkədə “Maydan” və “Ukraynalaşma”nın qarşısını almaq üçün hər şeyi edəcək.
Samir