Macarıstanın baş naziri Viktor Orban İsveçrə və Fransanın da müzakirəyə qoşulduğu Braziliya və Çinin sülh təşəbbüsü əsasında Rusiya və Ukrayna arasında danışıqların yeri barədə razılığa gəlməyi planlaşdırır.
HİT.az xəbər verir ki, bu barədə "Weltwoche" yazıb.
Qeyd edilir ki, Macarıstanın baş naziri də münaqişə tərəfləri arasında diplomatik kanalların qarşısını almaq və erkən atəşkəsə nail olmaq üçün ümumi perspektivlərin harada olduğunu öyrənməyə qərarlıdır.
"Orban sülh danışıqlarını sona çatdırmaqda qərarlı görünür. Onun məqsədi avropalıları aktiv rola qaytarmaq və ABŞ seçkiləri öncəsi kursu müəyyən etməkdir. Kiyev və Moskva danışıqlara xüsusi həvəs göstərmədiklərinə görə, beynəlxalq təzyiq indi atəşkəsdə irəliləyişə gətirib çıxarmalıdır", deyə mətndə qeyd edilir.
Sentyabrın 8-də Orban gərginliyin qarşısını almaq və Ukraynada münaqişəni həll etmək üçün sülhməramlı missiya üzərində işləməyə davam etdiyini açıqlayıb. Macarıstanın baş naziri həmçinin bildirib ki, dünya sistemində dəyişiklik yaxınlaşır. Onun fikrincə, birqütblü dünya nizamına deyil, ABŞ-ın uduzan tərəfə çevrilə biləcəyi çoxqütblü dünya nizamına arxalanmaq lazımdır.
Macarıstanın baş naziri iyul ayında sülhməramlı missiyası çərçivəsində Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski, həmçinin Çin prezidenti Si Szinpin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidentliyinə namizəd Donald Trampla görüşlər keçirib. Bundan sonra o, münaqişənin həlli ilə bağlı planını Avropa İttifaqına təhvil verib.
Samir