Türkiyə Yaxın Şərqdəki müharibəyə daxil olacaq? - ŞƏRH

DÜNYA
09:49 / 02.10.2024
300

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin də Yaxın Şərqdəki müharibəyə sürüklənə biləcəyini deyib. Onun sözlərinə görə, Livandan sonra İsrailin növbəti hədəfi Türkiyə olacaq.

Ərdoğan Yaxın Şərqdəki müharibənin daha da genişlənə biləcəyini və bunun qarşısını almaq lazım olduğunu söyləyib. 

Maraqlıdır, Türkiyə Yaxın Şərqdəki savaşa daxil ola bilər? 

Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Hit.az-a açıqlamasında bildirib ki, həqiqətən də Türkiyə Yaxın Şərqdəki müharibəyə doğru sürüklənir:

359268

"Burada "Kürdüstan dövləti" ideyası, İranın gizli qüvvələrinin İsraillə toqquşma ehtimalı daha çox önə çıxır.  Bütün bunların fonunda da ümumi gedişat əslində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın haqlı olduğunu göstərir. 

Nəzərə almaq lazımdır ki, bölgədəki İran mənşəli qruplar Türkiyəni təhdid edir. Üstəlik, qardaş ölkədə xeyli sayda ərəb yaşayır. Həmçinin, qonşu ölkələrdəki qeyri-sabit vəziyyət də Türkiyəni narahat edir. Çünki yenə milyonlarla qaçqının gəlmə ehtimalı var. 

Bundan başqa, Yaxın Şərqdə gedən islami savaş da Türkiyənin milli maraqlarına zərbədir. Bütün bunlar da Türkiyənin müharibəyə sürüklənə biləcəyini göstərir". 

Pərviz

0