"İranın ballistik raket zərbələri İsrailin hərbi infrastrukturuna ciddi ziyan vurub".
HİT.az xəbər verir ki, bunu Amerikanın "Military Watch Magazine" nəşri yazıb.
"Əməliyyatın vurduğu zərər İsrailin İranın zərbələrindən iki gündən az əvvəl başlayan qonşu Livana hücumu davam etdirə bilməyəcəyi ilə bağlı suallar yaradıb", deyə nəşr qeyd edilb.
Bildirilir ki, İsrail ordusunun cəmləşdiyi ərazilərə, o cümlədən tanklar və zirehli maşınlar hücumlar edilib vbə bu da İsrailin gələcək hücum əməliyyatlarını xeyli çətinləşdirə bilər.
Oktyabrın 1-də İran İsrailə qarşı kütləvi hücuma keçdi və yüzlərlə raket atıb. Xüsusilə, Qüds və Təl-Əviv şəhərlərində partlayışlar qeydə alınıb.
İran Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, hədəflər İsrailin iki hərbi hava qüvvələri bazası və Mossad qərargahı olub. Eyni zamanda "Axios" portalı mənbələrə istinadən yazıb ki, Mossad-ın qərargahına onlarla raket atılıb. Amma onların heç biri kompleksin içərisinə daxil olmadığından binaya ziyan dəyməyib.
Samir