İlon Mask Demokratların vitse-prezident namizədini "psixopat" adlandırdı

DÜNYA
21:00 / 02.10.2024
41

Amerikalı milyarder İlon Mask ABŞ-ın Demokratlar Partiyasından vitse-prezidentliyə namizədi və Minnesota ştatının qubernatoru Tim Valzı miqrasiya ilə bağlı mövqeyinə görə "psixopat" adlandırıb.

HİT.az xəbər verir ki, milyarder bu barədə X sosial şəbəkəsində yazıb

"Tim Valz psixopatdır", deyə Mask qeyd edib.

Sahibkar Tim Valzın 2022-ci ildəki çıxışına belə reaksiya verib. Həmin çıxışedə o, Minnesota ştatının kiçik Uortinqton şəhərinə miqrant axınını ABŞ-da iqtisadiyyatın və mədəniyyətin inkişafı üçün yaxşı göstərici adlandırıb. Valz cəmi 14.000 əhalisi olan bir şəhərdə bir məktəbdə şagirdlərin 50 dildə danışdıqlarını iddia edib və bunu "gözəl müxtəliflik" olaraq xarakterizə edib.

Bundan əvvəl Mask ABŞ-da qiymətlərin sürətlə artmasının səbəbinin nizamsız miqrant axını olduğunu bildirmişdi. O, həmçinin xəbərdarlıq edib ki, əgər Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə qalib gələ bilməsə, Birləşmiş Ştatlar tiranlığa sürüklənəcək.

Samir

0