"Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) Çin haqqında yanlış təsəvvürünü düzəltməli və Asiya-Sakit Okean regionunun işlərinə qarışmamalıdır".
HİT.az xəbər verir ki, bunu Çinin Avropa İttifaqındakı diplomatik missiyası NATO-nun baş katibi Mark Rüttenin alyansın Hind-Sakit okean regionundakı tərəfdaşları ilə əlaqələrin gücləndirilməsi zərurəti barədə sözlərini şərh edərkən bildirib.
“Çin NATO-nu Soyuq müharibə təfəkküründən əl çəkməyə, Çin haqqında yanlış fikirləri düzəltməyə, Asiya-Sakit Okean regionunun işlərinə qarışmağı dayandırmağa və əksinə deyil, dünya sülhü və sabitliyinə töhfə verən daha çox işlər görməyə çağırır", deyə diplomatik missiya bildirib.
Həmçinin, Ukraynadakı münaqişədən danışan Çin diplomatik missiyası bildirib ki, günahın üzərinə atılması və qrupların yaradılması vəziyyətin həllinə kömək etməyəcək.
Oktyabrın 2-də hindistanlı analitik S.L. Kantan deyib ki, NATO ölkələri Avrasiyada daha dinc mühitə nail olmaq üçün Ukraynanı silahlandırmağı dayandırmalı və Rusiya ilə sülh bağlamalıdır. Onun sözlərinə görə, Ukrayna qlobalistlərin uğursuz geosiyasi layihəsidir.
Oktyabrın 1-də Yens Stoltenberqin NATO-nun baş katibi kimi səlahiyyət müddəti başa çatıb. Onu Mark Rütte əvəzləyib. Yeni baş katibin dövründə
Samir