Viktor Orban: "Avropa ölkələri tezliklə müharibənin səhv olduğunu anlayıb..."

21:36 / 02.10.2024
133

"Bütün Avropa tezliklə Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə razılaşacaq". 

HİT.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib.

O vurğulayıb ki, bu gün yalnız Macarıstan sülhü öz missiyası hesab edir. Lakin Orbanın sözlərinə görə, digər Avropa ölkələri müharibənin səhv olduğunu anlayıb, sülh tərəfinə keçəcəklər.

“Qərb yanlış hesablamalara və yanlış strategiyaya əsaslanaraq, Ukrayna ilə Rusiya Federasiyası arasında eskalasiyaya tələsdi. Vəziyyət getdikcə mürəkkəbləşir. Bu münaqişənin həlli döyüş meydanında olmayacaq", deyə Macarıstanın baş naziri bildirib.

Bundan əvvəl Orbanın İsveçrə və Fransanın da müzakirəyə qoşulduğu Braziliya və Çinin sülh təşəbbüsü əsasında Rusiya və Ukrayna arasında danışıqların yeri barədə razılığa gəlməyi planlaşdırdığı bildirilirdi.

Sentyabrın 8-də Orban gərginliyin qarşısını almaq və Ukraynada münaqişəni həll etmək üçün sülhməramlı missiya üzərində işləməyə davam etdiyini açıqlayıb. Macarıstanın baş naziri həmçinin qeyd edib ki, dünya sistemində dəyişiklik yaxınlaşır. Onun fikrincə, birqütblü dünya nizamına deyil, ABŞ-ın uduzan tərəfə çevrilə biləcəyi çoxqütblü dünya nizamına ümid etmək lazımdır.

Samir
 

0