NATO-nun baş katibi Kiyevdə söz verdi: "Hamı bilsin ki..."

16:48 / 03.10.2024
163

Oktyabrın 12-də Ukrayna üzrə təmas qrupunun ölkələri Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə hücumlar üçün Qərb silahlarından istifadəsinə qoyulmuş qadağanın aradan qaldırılmasını müzakirə edəcəklər. 

HİT.az xəbər verir ki, bunu Kiyevdə keçirdiyi mətbuat konfransında NATO-nun yeni baş katibi Mark Rütte deyib.

Oktyabrın 3-də Rütte Ukrayna paytaxtına səfər edib və burada Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb. Baş katibin sözlərinə görə, təmas qrupunun iclasına ABŞ prezidenti Co Bayden sədrlik edəcək.

Rütte onu da bildirib ki, o, Kiyevə Şimali Atlantika Alyansının Ukraynanın tərəfində dayanacağını hamıya çatdırmaq üçün gəlib və özü də bu dəstəyi irəli aparacaq.

NATO-nun yeni baş katibi Ukraynaya yardımın artırılmasını öz prioriteti adlandırıb. Onun sözlərinə görə, Kiyevə gəlib ki, Şimali Atlantika Alyansının Ukraynanın tərəfində olduğunu və özü də bu dəstəyi irəli aparacağını hamı bilsin.

"NATO və müttəfiqləri Ukraynaya görünməmiş yardım göstəriblər. Lakin Ukraynanın daha çox dəstəyə ehtiyacı var və deyə bilərəm ki, bu, mənim prioritetim olacaq", deyə Rütte bildirib.

Siyasətçi əlavə edib ki, NATO-nun əsas prioritetlərinə təşkilat ölkələrinin silah anbarlarının doldurulması da daxildir.

Rütte bildirib ki, Ukrayna nəhayət NATO-ya daxil olacaq və Rusiya bunun qarşısını ala bilməyəcək, çünki onun veto hüququ yoxdur:

"Düşünürəm ki, gün gələcək, Ukrayna NATO-nun tamhüquqlu üzvü olacaq. Əlavə etmək istəyirəm ki, əgər kimsə başqa cür düşünürsə, Rusiyanın bu məsələdə səsi və vetosu yoxdur".

O xatırladıb ki, Ukrayna bəzi NATO ölkələri ilə təhlükəsizlik sazişi bağlayıb və alyansdan milyardlarla dollar yardım alır. Bundan əlavə, Rüttenin sözlərinə görə, Ukrayna ordusu getdikcə NATO standartlarına yaxınlaşır. Rütte Kiyevin alyansa mümkün dəvətinin vaxtını dəqiqləşdirməyib.

Qeyd edək ki, oktyabrın 1-də Niderlandın keçmiş baş naziri 10 il bu vəzifədə olan Yens Stoltenberqi əvəz edərək, Şimali Atlantika Alyansının 14-cü baş katibi olub. 

Samir
 

0