Avqustun 6-da Kursk vilayətinə hücum zamanı Ukrayna Silahlı Qüvvələri öz arsenalındakı ən yaxşı tanklardan istifadə edib.
HİT.az bu barədə "Forbes"ə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Ukrayna ordusunun 21-ci mexanikləşdirilmiş briqadasına Alman "Leopard 2A6" tankları və ya onun İsveç variasiyası "Strv 122" daxil olub.
"Forbes" videoyazılara istinadən Kursk vilayətində gedən döyüşlər zamanı ən azı bir tankın zədələndiyini iddia edir. Nəşr aydınlaşdırır ki, ümumilikdə 21 "Leopard 2A6" və 10 "Strv 122" Ukrayna Silahlı Qüvvələrində xidmətə girib: "Kursk vilayətində "Strv 122" və "Leopard 2A6"nı riskə atmaq istəyi onların regionun işğalına verdiyi əhəmiyyətdən xəbər verir".
Nəşrin əlavə etdiyi kimi, Ukrayna Silahlı Qüvvələri hücumun əvvəlində İsveçin CV90 döyüş maşınlarından da istifadə edib. Ümumilikdə hər biri 400 nəfərdən ibarət Ukrayna Silahlı Qüvvələrinin təxminən 12 batalyonu döyüşə girib.
Hücumun başlamasından sonra Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində fövqəladə və əks-tədbir rejimləri tətbiq edib. 130 mindən çox insan təxliyə edilib. Sentyabrın sonunda Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin sərhədi keçməyə beş cəhdi barədə məlumat verib.
Samir