Slovakiya Fikonun mövqeyinə baxmayaraq, Ukraynaya silah tədarükünü artırıb

DÜNYA
20:00 / 03.10.2024
43

Slovakiya hökuməti ölkənin baş naziri Robert Fikonun Avropa İttifaqını Ukraynaya yardım etdiyinə görə tənqid etməsinə baxmayaraq, Kiyevə aktiv şəkildə silah satmaqda davam edir. 

HİT.az xəbər verir ki, bu barədə "Sme"nin jurnalist araşdırmasında deyilir.

Jurnalistlər Bratislavanın Fikodan əvvəlki hökumətlərə nisbətən Ukraynaya daha çox silah satdığını göstərən məlumatları təhlil ediblər.

Slovak nəşri Avropa Statistika Xidmətinin, Dünya İqtisadiyyatı üzrə Kiel İnstitutunun məlumatlarına və ticarət fəaliyyətinin digər təxminlərinə istinad edərək qeyd edir ki, Robert Fikonun hökuməti faktiki olaraq əvvəlki beş ayda olduğundan daha böyük həcmdə hərbi ixraca töhfə verib.

Bundan əlavə, təhqiqatın müəllifi Mixal Katuska xatırladıb ki, Fiko və onun partiyası Slovakiyada seçiciləri hökuməti dəyişməyə çağırıb və öz əleyhdarlarını “müharibəyə qızışdırmaqda” ittiham edib və özlərini “sülhün yeganə tərəfdarları” adlandırıblar.

"Seçkilərdən əvvəl də Fiko bilirdi ki, kommersiya təchizatını qadağan etməklə o, Slovakiya dövlətinin və özəl silah istehsalçılarının beynəlxalq reputasiyasını məhv edəcək", deyə Katuşka əlavə edib.

Samir
 

0