Aİ Yaxın Şərq ölkələrinə nüvə obyektlərinə hücumlara qarşı xəbərdarlıq etdi

DÜNYA
18:08 / 03.10.2024
165

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell İspaniyada keçirilən forumda bildirib ki, Yaxın Şərqdəki münaqişə zamanı nüvə obyektlərinə hücum etmək olmaz. 

HİT.az bu barədə TASS-a istinadən xəbər verir.

"Bu gün çatdırmaq istədiyim ilk mesaj, nüvə qurğularına hücumlara icazə verməməklə bağlı Aİ-nin qəti tələbidir", deyə Borrel bildirib.

Borrell vurğulayıb ki, Aİ dünyada istənilən nüvə qurğusuna hücuma qarşı qəti mövqe tutur.

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi nüvə obyektlərinin Yaxın Şərqdəki münaqişədən kənara çıxarılmasına çağırıb. Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, İsrail İrana qarşı cavab zərbəsi endirə bilər, buna İranın nüvə obyektlərinə hücum da ola bilər, lakin diplomat vurğulayıb ki, belə bir ssenarinin nəzərdən keçirilməsi də qəbuledilməzdir.

Oktyabrın 1-də axşam İran İsrailə raket hücumu həyata keçirib, İsrail mediasına görə, 400-dən çox raket atılıb ki, bu da ölkənin bütün tarixində ən böyük hücum olub.

Samir
 

0