Aİ Gürcüstan hökumətinin üzvləri ilə rəsmi təmaslardan imtina edib

DÜNYA
15:45 / 04.10.2024
153

Avropa İttifaqı Gürcüstanın siyasi rəhbərliyinin nümayəndələri ilə yüksək səviyyəli görüşlər keçirməmək qərarına gəlib. 

HİT.az xəbər verir ki, bunu jurnalistlərlə söhbətində Avropa İttifaqının səfiri Pavel Qerçinski deyib.

“Biz Avropa İttifaqı olaraq Gürcüstanın hazırkı hökuməti ilə yüksək səviyyəli əlaqə saxlamamaq qərarına gəldik”, deyə o vurğulayıb.

Bununla əlaqədar olaraq, səfir əlavə edib ki, son vaxtlar Avropa rəsmilərinin Gürcüstana yüksək səviyyəli səfərləri və ya Gürcüstan Nazirlər Kabinetinin nümayəndələri ilə rəsmi görüşlər olmayıb.

Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bəyan etmişdi ki, ABŞ və Aİ hakimiyyəti Cənubi Qafqaz ölkələrinin daxili işlərinə və siyasətinə qarışmaqda davam edir. O, kəşfiyyat məlumatlarına istinad edərək bildirib ki, ABŞ Dövlət Departamentinin tələbi ilə ATƏT/DTİHB əvvəlcədən Gürcüstanda keçiriləcək seçkilərlə bağlı hesabat hazırlayıb və orada guya Gürcüstanda ədalətli seçkilərin keçirilməsi üçün heç bir şəraitin olmadığı barədə tezislər yer alıb.

Mayın 14-də Gürcüstan parlamenti xarici agentlər haqqında qanun qəbul edib. Sənəd xarici mənbələrdən pul alan qeyri-hökumət təşkilatlarının (QHT) və KİV-lərin reyestrinin yaradılmasını nəzərdə tutur. Sentyabrın 17-də deputatlar üçüncü yekun oxunuşda LGBT təbliğatına qarşı qanunu təsdiqləyiblər.

Samir
 

0