"Əfqanıstanda İŞİD-in qalası yoxdur".
HİT.az xəbər verir ki, bunu ölkədəki hakim Taliban hərəkatının Xarici İşlər Nazirliyinin rəhbəri Əmir Xan Mutaki Əfqanıstan məsələləri üzrə Moskva formatında məsləhətləşmələr zamanı görüş zamanı bildirib.
"Biz bilirik ki, Əfqanıstanda terror aktları törədən qüvvələr bizə kənardan gəlib. İŞİD-ə gəlincə, ölkədə qruplaşmanın qalası yoxdur", deyə nazir bildirib.
Mutaki əlavə edib ki, Əfqanıstan bu gün açıq-aydın təhlükəsiz ölkədir. O, Kabilin enerji və iqtisadiyyatın digər sahələrinə böyük sərmayələr yatırdığını qeyd edib.
Mutaki həmçinin bildirib ki, Kabil gələcəkdə Moskva ilə diplomatik münasibətlərin səviyyəsini yaxşılaşdırmağa ümid edir. O qeyd edib ki, hazırda Rusiya ilə Əfqanıstan arasında münasibətlər yaxşı səviyyədədir.
Samir