İran bir sıra Yaxın Şərq ölkələri ilə “Müqavimət paktı” bağlaya bilər

DÜNYA
16:25 / 07.10.2024
131

İran ABŞ və ya İsrailin hücumu zamanı qarşılıqlı yardım göstərmək üçün bir sıra Yaxın Şərq ölkələri ilə bağlana biləcək saziş hazırlayır. 

HİT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Müqavilə “Müqavimət paktı” adlandırılacaq, yalnız dövlətlər deyil, “azadlıq hərəkatı” da onun iştirakçısı ola bilər. Bu, həm hərbi, həm də iqtisadi yardımdan ibarətdir.

Fəaliyyətlərin əlaqələndirilməsi və təlimlərin keçirilməsi üçün operativ qərargahın yaradılması nəzərdə tutulur. Məsuliyyət bölgüsü və planın icrasına görə məsuliyyətin İranın Ali Milli Təhlükəsizlik Şurasına həvalə edilməsi təklif edilir.

Oktyabrın 6-da bildirilib ki, İran komandanlığı ölkənin İsraillə silahlı münaqişəyə girəcəyi təqdirdə bir sıra tədbirlər planı hazırlayıb. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Əlirza Təngsirinin sözlərinə görə, İranın əks-hücumlarının forması düşmənin, məsələn, Fars körfəzində və ya ondan kənarda həyata keçirə biləcəyi hərəkətlərdən asılı olacaq.

Samir

0